AZ

Robert De Niro "sonuncu" məqsədini açıqlayıb

Yazını böyüt
Yazını kiçilt

Hollivud ulduzu Robert De Niro, həmişə bütün filmlərini ardıcıl izləmək istədiyini, lakin bunu etməyə vaxt tapıb-tapmayacağından əmin olmadığını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, hazırda Netflix-in “Zero Day” adlı siyasi triller filmində rol alan əfsanəvi aktyor “Taxi Driver”, “Godfellas” və “Heat” kimi bütün zamanların ən yaxşı filmlərində rol alıb.

Karyerasına 1965-ci ildə başlayan və o vaxtdan bəri Martin Skorsese, Fransis Ford Koppola və Quentin Tarantino kimi rejissorlarla işləyən 81 yaşlı aktyorun 100-dən çox əsəri var. O, həmçinin “The Godfather II” və “Raging Bull” filmlərinə görə iki Oskar qazanıb.

Şöhrətli karyerasında etdiyi bütün işlərdən hələ də De Nironun şəxsi həyatında bacarmadığı bir şey var. "Mən həmişə düşünmüşəm ki, bütün filmlərimə baxmalıyam. Onların hamısını ardıcıllıqla izləmək, həyatımda gördüyüm hər şeyə son dəfə nəzər salmaq istəyirəm" deyib.

"Bunu edəcəyəmmi bilmirəm, amma əvvəllər "mən bunu etmək istərdim" deyə düşünürdüm", - aktyor həsrətlə əlavə edib.

Bu yaxınlarda 80 yaşında yenidən ata olan De Niro artıq filmlərə baxmağa vaxtı olmadığı üçün uşaq proqramlarının pərəstişkarına çevrildiyini etiraf edib.

“BBC Radio 2”nin aparıcısı Skott Millsə danışan aktyor, "Lazım olduğu qədər çox film izləmirəm. Sadəcə ayaqlaşmaq istəyirəm, amma cari hadisələrə, belə desək, xəbər verilişlərinə baxıram. İndi kiçik qızımla birlikdə “The Wiggles” və “Xanım Reyçel”ə baxıram" deyib.

Digər tərəfdən, “The Guardian”a müsahibə verən aktyor, ABŞ prezidentinin yanvarda vəzifəyə başlamasından bəri ümidli və ya ümidsiz olub-olmadığı soruşulduqda, o, “Ümidsiz deyiləm. Çünki həmişə yaxşı tərəfə baxıram və ümid edirəm ki, hər şey öz-özünə düzələcək, insanlar xeyirxahlığı və empatiyanı qiymətləndirəcək, doğru olanı etməyə çalışacaqlar” deyə cavab verib.

Seçilən
18
1
hafta.az

2Mənbələr