AZ

Yaşayış üçün tam yararsız olan bu qocalar evində problemlər müəyyən edilib

Bakı. Trend:

Sosial Xidmətlər Agentliyinin Sabunçu rayonunun Bilgəhqəsəbəsində yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsininştat cədvəlinə uyğun olaraq sosial xidmətin təşkili şöbəsində bəzivəzifələrin, o cümlədən bir psixoloq və iki həkim-terapevtvəzifələrinin vakant olaraq qaldığı müəyyən edilib. Bu, ahıllarınsosial-psixoloji reabilitasiyasına və tibbi xidmətlərin lazımiqaydada həyata keçirilməsinə neqativ təsir göstərir.

Trend xəbərverir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bugün keçirilən iclasında müzakirə edilən insan hüquqlarınınqorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın)2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, müəssisədə yaşayan bir neçə sakininşəxsiyyətini təsdiq edən sənədinin müxtəlif səbəblərdən olmamasıonların bir sıra hüquqlarının həyata keçirilməsinə, o cümlədənəlilliyinin qiymətləndirilməsinə imkan verməyib.

“Müəssisədə yataq xəstələri olan otaqlarda siqnal düymələrininolmadığı, otaqların bəzilərinin texniki normalara uyğun gəlmədiyi,rütubətli, habelə döşəklərin bir neçəsinin nimdaş olduğu,avadanlığın və istilik sisteminin yenilənməsinə ehtiyacın yarandığımüəyyən edilib.

Müəssisənin ikinci korpusunun yaşayış üçün tam yararsız olmasınabaxmayaraq, orada kifayət sayda ahıl şəxsin yerləşdirildiyininəzərə alaraq həmin korpusda əsaslı təmir-bərpa işlərininaparılması zəruridir”, - deyə məruzədə qeyd edilib.

Həmçinin vurğulanıb ki, Sosial Xidmətlər Agentliyinin 3 saylıPsixonevroloji Sosial Xidmət Müəssisəsinə başçəkmə zamanıümumilikdə qeydə alınan 119 sakindən 6-nın ahıl şəxs olduğu, həminşəxslərdən iki nəfərinin əlilliyinin qiymətləndirilmədiyi, həmçininonlardan bir sakinin şəxsiyyətini təsdiq edən heç bir sənədinolmaması və bunun da əlilliyin qiymətləndirilməsinə imkan vermədiyimüəyyən edilib.

Məqalədə:
Seçilən
28
2
az.trend.az

3Mənbələr