AZ

Məhkumların Ombudsmanın müraciəti əsasında da cəzadan azad edilməsi təklif olunur

Bakı. Trend:

Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş məhkumunxəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi haqqında məsələyə ocümlədən Ombudsmanın təqdimatı əsasında baxılması ilə bağlıqanunvericiliyə müvafiq dəyişikliklərin edilməsiməqsədəmüvafiqdir.

Trend xəbərverir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bugün keçirilən iclasında müzakirə edilən insan hüquqlarınınqorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın)2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, cəza çəkməkdən şərti olaraq vaxtındanəvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəzailə əvəz etmə ilə bağlı məsələyə də habelə Ombudsmanın vəsatətiəsasında baxılmasına dair qanunvericiliyə zəruri dəyişikliyinedilməsi təklif olunur.

Qeyd edək ki, Cinayət-Prosessual Məcəlləyə əsasən, məhkumun cəzaçəkməkdən azad edilməsi haqqında məsələyə yalnızməhkumun, onun müdafiəçisinin və ya qanuni nümayəndəsinin ərizəsi,yaxud cəzaçəkmə müəssisəsi müdriyyətinin təqdimatı əsasındabaxılır. Cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə vəcəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etməyalnız məhkumun ərizəsi, habelə uşaq hüquqlarınınmüdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanunununmüddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisəvə ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yerüzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur.

Məqalədə:
Seçilən
18
az.trend.az

1Mənbələr