AZ

Aliment Fondunun yaradılması saxta boşanmaların sayını artıra bilər – Komitə sədri

Bakı. Trend:

Aliment Fondunun yaradılması saxta boşanmaların sayını artırabilər.

Trend xəbərverir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədriZahid Oruc komitənin bu gün keçirilən iclasında “AzərbaycanRespublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın)2024-cü il üzrə məruzəsi”nin müzakirəsində çıxışı zamanı deyib.

“Boşanmalarla bağlı bir daha Aliment Fondunun yaradılmasıeffektli yol kimi irəli sürülür. Bizə görə belə addımın atılmasıəksinə, saxta boşanmaları gücləndirə bilər.

Məruzədə Ombudsmanın aliment ödənişlərinin təyinatı,qanunvericilikdə aliment öhdəliklərinin icrasına xüsusi yanaşma, ocümlədən, bu sahədə məhkəmə qərarlarının icrasındakı problemlərinəzərə alaraq habelə xarici ölkələrin təcrübəsinə əsaslanmaqlaəvvəlki illik məruzələrində Aliment Fondunun yaradılması ilə bağlıirəli sürdüyü təklif aktuallığını saxlayır”, - deyə Zahid Oruc qeydedib.

Seçilən
57
21
az.trend.az

10Mənbələr