AZ

Deputat şəhid ailəsini ziyarət edib -FOTO

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Sarov kəndində Vətən müharibəsində şəhid olmuş Şirinli Nurlan Qədir oğlunun ailə üzvlərini ziyarət edib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Ordusunun zəfərindən və bütün dünyanı heyrətləndirən Azərbaycan əsgərlərinin qəhrəmanlıqlarından danışan deputat şəhidlərimiz və onların valideynlərinin qarşısında baş əyirik deyib. Şəhid ailəsinin qayğılarını dinləyən deputat bildirib ki, Vətən, torpaq uğrunda şəhidlərimizlə yanaşı onların valideynləri də hər birimiz üçün əzizdirlər. Bu qəhrəman oğulların vətənpərvər ruhda tərbiyə olunmasında onların valideynlərinin rolu çox böyük olub.

Ali Baş Komandan Prezident cənab İlham Əliyevin şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğısından danışan Anar Məmmədov bildirib ki, bundan sonra da dövlətimiz şəhidlərin adını uca tutacaq və onların ailə üzvləri hər zaman dövlətimizin qayğısı ilə əhatə olunacaqlar.

Qeyd edək ki, Şirinli Nurlan Qədir oğlu 07 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Seçilən
35
ikisahil.az

1Mənbələr