AZ

Bakı Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində qidalanma problemləri var

Bakı. Trend:

Dövlət Miqrasiya Xidmətinin Bakı şəhərindəki QanunsuzMiqrantların Saxlanılması Mərkəzinə həyata keçirilən başçəkməzamanı orada saxlanılan şəxslər verilən qidaların çeşidi vəmiqdarından şikayət ediblər. Mərkəzdə tibbi xidmətlərinkeyfiyyətinin yaxşılaşdırılmasına, dərman təchizatına və qidalanmaməsələlərinə diqqətin artırılmasına ehtiyac var.

Trend xəbərverir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bugün keçirilən iclasında müzakirə edilən insan hüquqlarınınqorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın)2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, Yevlax rayonundakı Qanunsuz MiqrantlarınSaxlanılması Mərkəzinə həyata keçirilmiş başçəkmə zamanı həkimştatının vakant olduğu müəyyən edilib. Bu isə əcnəbilərin Mərkəzəqəbul edildiyi andan 24 saat müddətində həkim tərəfindən tibbimüayinədən keçirilməsi, hər bir qəbul edilən əcnəbiyə tibbi kitabçatərtib olunması ilə bağlı tələblərin yerinə yetirilməsindəçətinliklər yaradır. Mərkəzdə rentgenoloji və laborator müayinələrüçün müvafiq avadanlıqların olmadığı da müşahidə edilib.

“İl ərzində həyata keçirilən başçəkmələr zamanı şəxslərin öziradəsi ilə tərk edə bilmədiyi əksər müəssisələrdə ixtisaslı kadr,o cümlədən həkim çatışmazlığının olduğu aşkar edilib. Ombudsmanyaşa görə təqaüdə çıxmış ixtisaslı kadrların belə müəssisələrdəişlə təmin olunması üçün müvafiq mexanizmin işlənib hazırlanmasınıtövsiyə edir”, - məruzədə qeyd edilib.

Məqalədə:
Seçilən
27
4
az.trend.az

5Mənbələr