AZ

Bəzi cəzaçəkmə müəssisələrində məhkumlara dərman verilmir – HESABAT

Bakı. Trend:

Penitensiar Xidmət müəssisələrinə başçəkmələr zamanı istifadəyəyararlılıq müddəti bitmiş dərman vasitələri aşkar edilib (2 saylıistintaq təcridxanası, 15 saylı cəzaçəkmə müəssisəsi),müəssisələrin tibbi-sanitariya hissələrinin qeydiyyat jurnallarındazəruri qeydlərin aparılmadığı və ya natamam aparıldığı (2 saylıistintaq təcridxanası, 5 və 7 saylı cəzaçəkmə müəssisələri)müşahidə edilib.

Trend xəbərverir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bugün keçirilən iclasında müzakirə edilən insan hüquqlarınınqorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın)2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, bəzi müəssisələrdə dərman təminatınınqənaətbəxş olmadığı, xüsusilə nevroloji xəstəliklərdən (epilepsiya,serebral iflic və digər), habelə İİVİQİÇS və şəkərli diabetdənəziyyət çəkənlər üçün dərmanların, ümumiyyətlə, verilmədiyi (2 və 5saylı cəzaçəkmə müəssisələrində) müəyyən edilib:

“Başçəkmələr zamanı bəzi müəssisələrdə dərman preparatlarınınsaxlanma qaydalarına riayət edilmədiyi, xüsusi soyuducudasaxlanılması zəruri olan dərmanların açıqda saxlanılması halları (5saylı cəzaçəkmə müəssisəsi) aşkar edilib. Başçəkmə çərçivəsindəhəyata keçirilən qəbullar zamanı bəzi məhkumlar tibbi xidmətlərdənşikayət edib, həkim qəbuluna düşməyin çətin olduğunu, ümumiyyətlə,müayinə və müalicə olunmaqda çətinliklərlə üzləşdiklərinibildiriblər”.

Məqalədə:
Seçilən
84
7
az.trend.az

8Mənbələr