Şübhə yoxdur ki, Tramp Zelenskini Putinin istəklərinə tam uyğun formada atəşkəsə məcbur edə bilsəydi, əslində elə bu atəşkəs razılaşması faktiki Ukraynanın tam kapitulyasiyasının rəsmiləşməsi olardı. Çox maraqlı faktlardan biri də budur ki, əgər Zelenski Trampın təzyiq və təhdidləri ilə Putinin istədiyi razılaşmaya getsəydi, Ukraynanın nadir təbii ehtiyatları ABŞ-ın, daha doğrusu Trampın istismarına keçəcəkdi. Məlumatlar var ki, Ukraynanın təbii nadir metal ehtiyatlarının istismarı Trampa yaxın kapitalistlər və ona aid şirkətlər arasında bölüşdürülüb. Yeri gəlmişkən, məhz Ukraynanın təbii ehtiyatlarının istismarı ilə bağlı da İlon Mask və Tramp arasında fikir ayrılığı yaranıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31