AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına start verilib.
İdman.biz xəbər verir ki, Təhsil və Reabilitasiya Mərkəzində təşkil edilən tədbirə 20-dən çox şəxs cəlb olunub.
AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar.
Kursda AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə, Dəyanət Əliyev və Fərrux İsmayılov tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumat verilib.
İdman.biz