Bakı. Trend:
Bu gün yerli vaxtla 09:55-də İranın cənub-şərqində yerləşənSistan və Bəluçestan vilayətinin İranşəhr rayonunda 5,1 bal gücündəzəlzələ baş verib.
Trend-inxəbərinə görə, bu barədə Tehran Universitetinin Geofizikaİnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların ocağı 28 km dərinlikdəyerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.