AZ

Azərbaycanda ödənişli vahid elektron informasiya sisteminin hüquqi bazası yaradılır

Bakı. Trend:

Ölçmə metodikalarının (metodlarının) attestasiyasının nəticələriattestasiya haqqında şəhadətnamə ilə təsdiq ediləcək. Ölçmələrinvəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçməmetodikalarının (metodlarının) attestasiyası haqqındaşəhadətnamənin yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması,bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Təklif olunan dəyişikliyə əsasən, ölçmələrin vəhdətinin təminedilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının(metodlarının) attestasiyası haqqında şəhadətnamə hüquq sahibininistəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçtünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdimolunacaq.

Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinəaid olan ölçmə metodikalarının (metodlarının) attestasiyasıhaqqında şəhadətnamənin qeydiyyatı müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.

Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinəaid olan sahədə istifadə edilmək üçün nəzərdə tutulmuş ölçməvasitələrinin yoxlanılmasının nəticəsinə əsasən ölçmə vasitələriistifadəyə yararsız sayılırsa, yoxlama nişanı və (və ya) yoxlamahaqqında şəhadətnamə ləğv olunacaq və yararsızlıq haqqında bildirişveriləcək və ya texniki sənədlərdə müvafiq qeydlər aparılacaq.

Ölçmə vasitələrinin yoxlanılmasının nəticələri əsasında təqdimolunmuş ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnaməninyaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğvedilməsi, yenidən rəsmiləşdirilməsi, habelə yararsızlıq haqqındabildirişin yaradılması, qeydiyyatı və ləğv edilməsi yuxarıdakıinformasiya sistemi vasitəsilə həyata keçiriləcək. Ölçməvasitələrinin yoxlanılması haqqında şəhadətnamə və yararsızlıqhaqqında bildiriş hüquq sahibinin istəyindən asılı olaraq elektronüsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) və ya kağızdaşıyıcıda hüquq sahibinə təqdim olunacaq.

Ölçmə vasitələrinin yoxlanılmasının nəticələri əsasında təqdimolunmuş ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin,yoxlama nişanının və yararsızlıq haqqında bildirişin qeydiyyatımüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən aparılacaq.

Ölçmə vasitələrinin kalibrlənməsi “Uyğunluğun qiymətləndirilməsisahəsində akkreditasiya haqqında” Qanunla müəyyən olunmuş qaydadaakkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindənhəyata keçiriləcək.

Kalibrlənmə haqqında sertifikatın (kəmiyyət vahidinin dövlətetalonundan ötürülməsinin nəticələrinə dair kalibrlənmə haqqındasertifikatlar istisna olmaqla) yaradılması, qeydiyyatı, qüvvəsinindayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsiyuxarıdakı informasiya sistemi vasitəsilə həyata keçiriləcək.Kalibrlənmə haqqında sertifikat hüquq sahibinin istəyindən asılıolaraq elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə)və ya kağız daşıyıcıda hüquq sahibinə təqdim olunacaq.

Kalibrlənmə haqqında sertifikatın (kəmiyyət vahidinin dövlətetalonundan ötürülməsinin nəticələrinə dair kalibrlənmə haqqındasertifikatlar istisna olmaqla) və kalibrlənmə nişanının qeydiyyatımüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən aparılacaq.

Bundan əlavə “Uyğunluğun qiymətləndirilməsisahəsində akkreditasiya haqqında” Qanuna təklif edilən dəyişikliyəəsasən, ölçmə vasitələrinin yoxlanılması haqqındaşəhadətnamələrin və kalibrlənməsi haqqında sertifikatların(kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin nəticələrinədair kalibrlənmə haqqında sertifikatlar istisna olmaqla),ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aidolan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqındaşəhadətnamələrin, sınaq laboratoriyalarında aparılmış tədqiq(sınaq) nəticələrinə dair sənədlərin, inspeksiya orqanının rəyinin,malın (xidmətin, işin), onunla əlaqəli prosesin, idarəetməsisteminin, istehsal metodunun və işçi heyətin müvafiqstandartlaşdırma sahəsində normativ sənədlərin tələblərinəuyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq sertifikatlarınınelektron formada yaradılması, qeydiyyatı, qüvvəsinindayandırılması, bərpası və ləğv edilməsi, yenidənrəsmiləşdirilməsi, yararsızlıq haqqında bildirişin yaradılması,qeydiyyatı və ləğv edilməsi, texniki reqlamentlərlə əhatə olunanmalların, onlarla əlaqəli proseslərin və istehsal metodlarınınmüvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğununqiymətləndirilməsi barədə uyğunluq sertifikatlarının və uyğunluqbəyannamələrinin, orta riskli mallar üçün uyğunluğu qiymətləndirənqurum tərəfindən uyğunluğun təsdiqi barədə təsdiqedici sənədin,habelə xarici mənşəli uyğunluq sənədlərinin tanınması barədəqərarların elektron formada yaradılması, qeydiyyatı, reyestri,qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidənrəsmiləşdirilməsi, habelə ölçmə vasitələrinin üzərinə vurulanyoxlama və kalibrlənmə nişanlarının qeydiyyatı müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiyasistemi vasitəsilə təmin olunacaq.

“İnformasiya əldə etmək haqqında” Qanunla müəyyən edilmiş əldəolunması məhdudlaşdırılan informasiya istisna olmaqla yuxarıdakıinformasiya sisteminə daxil edilən məlumatlar ictimaiyyət üçünaçıqdır və həmin məlumatlardan “İnformasiya əldə etmək haqqında”,“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsihaqqında”, “Dövlət sirri haqqında”, “Fərdi məlumatlar haqqında” və“Elektron imza və elektron sənəd haqqında” qanunların tələblərinəzərə alınmaqla mühafizə və istifadə olunur.

Yuxarıdakı informasiya sistemi vasitəsilə həmin maddədəgöstərilən sənədlərin yaradılması üçün istifadə haqqıödəniləcək. Yuxarıdakı informasiya sistemindən istifadəhaqqının məbləği, ödənilməsi və ondan istifadə qaydası müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindəntəsdiq ediləcək.

Həmçinin “Standartlaşdırma haqqında” Qanuna təklifedilən dəyişikliyə əsasən, texniki tənzimləməninşamil olunduğu standartlaşdırma obyekti ilk növbədə texnikireqlamentlərin tələblərinə uyğun olmalıdır.

Texniki reqlamentlərin tələblərinə cavab verən malın, onunlaəlaqəli prosesin, istehsal metodunun və ya texniki reqlamentlərlətənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin,idarəetmə sisteminin, istehsal metodunun və işçi heyətinstandartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğununqiymətləndirilməsi sertifikatlaşdırma yolu ilə həyatakeçiriləcək.

Sertifikatlaşdırma sifarişçinin təşəbbüsü ilə akkreditasiyaedilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən təmin ediləcəkvə bu barədə uyğunluq sertifikatı veriləcək.

Uyğunluq sertifikatının yaradılması, qeydiyyata alınması,qüvvəsinin dayandırılması, bərpası, ləğv edilməsi və yenidənrəsmiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun) informasiya sistemivasitəsilə həyata keçiriləcək. Uyğunluq sertifikatı hüquq sahibininistəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçtünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdimolunacaq.

Uyğunluq sertifikatlarının qeydiyyatı müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.

Bununla yanaşı “Texniki tənzimləmə haqqında” Qanunatəklif edilən dəyişikliyə əsasən, texnikireqlamentlərin tələblərinə uyğunluq sertifikatının, uyğunluqbəyannaməsinin, uyğunluğu təsdiq edən sənədin yaradılması,qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi,yenidən rəsmiləşdirilməsi müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanın (qurumun) informasiyasistemi vasitəsilə həyata keçiriləcək. Uyğunluqsertifikatı və uyğunluğu təsdiq edən sənəd hüquq sahibininistəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçtünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdimolunacaq.

Məlumat üçün bildirək ki, qanun layihələrinin məqsədikeyfiyyətə nəzarət sahəsində rəqəmsallaşmanın həyatakeçirilməsi məqsədilə vahid elektron informasiya sisteminin hüquqibazasının yaradılması; bu sahədə elektron xidmətlərin tətbiqi yoluilə prosedurların optimallaşdırılması, ölçmə, texniki tənzimləmə vəuyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyətintəkmilləşdirilməsi və xidmətlərin şəffaflığınınartırılmasıdır.

Yaradılması nəzərdə tutulan vahid elektron informasiya sistemikeyfiyyət infrastrukturu sahəsində fəaliyyət göstərən akkreditasiyaedilmiş səlahiyyəti qurumlar tərəfindən təqdim edilən hüquqmüəyyənedici sənədlərin (sertifikatların, şəhadətnamələrin,bildirişlərin və s.) elektron formada vahid elektron platformaüzərindən qeydiyyatının və reyestrinin aparılmasını və busənədlərin verilməsini, keyfiyyət təminatı sahəsində fəaliyyətlərinrəqəmsallaşdırılmasını, bu sahədə mövcud pərakəndəliyin aradanqaldırılmasını təmin edəcək, maraqlı tərəflərə (dövlət qurumlarına,sahibkarlıq subyektlərinə, vətəndaşlara və s.) keyfiyyətə nəzarətsahəsində həyata keçirilən fəaliyyətlərin nəticələrini asanlıqlaizləmək imkanı yaradacaq.

Seçilən
39
1
az.trend.az

2Mənbələr