AZ

İcra sahəsindəki ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək, 1000 manatadək cərimə tətbiq ediləcək

Bakı. Trend:

İcra xidmətinin icra məmuru icra sənədləri üzrə ödənilməli olanpul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərininhəyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsini yalnıznağdsız qaydada həyata keçirəcək.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan“İcra məmurları haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Bundan əlavə “İcra haqqında” Qanuna təklif ediləndəyişikliyə əsasən, məcburi icra tədbirlərinəticəsində borcluda aşkar edilən nağd pul vəsaitləri götürüləcəkvə bu vəsaitin 1 iş günü müddətində icraxidmətinin depozit hesabına köçürülməsi təmin ediləcək.

Borclu tərəfindən icra xidmətinin müvafiq depozit hesabınaköçürülmüş, yaxud icra qurumu tərəfindən tutulmuş tələbkaraverilməli olan vəsait tələbkarın təqdim etdiyi bank hesabına3 iş günü müddətində köçürüləcək.

İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər beləxərclərin nağdsız qaydada həyata keçirilməsini təsdiq edən ödənişsənədləri əsasında borclu tərəfindən icra xidmətinin depozithesabına 3 iş günü müddətində köçürüləcək vəmüvafiq xərcləri çəkmiş şəxslərin hesabına göndəriləcək.

İcra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icraödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi,habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərinödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozithesabları vasitəsilə həyata keçiriləcək.

İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələrləəlaqədar əməliyyat həyata keçirilərkən müvafiq icra işininqeydiyyat nömrəsi göstərilməlidir. Belə nömrə göstərilmədənödənişlərin həyata keçirilməsinə yol verilməyəcək.

İcra xidmətinin depozit hesabından ödəniləcək vəsaitinköçürüləcəyi bank hesabı haqqında məlumatları tələbkar icraməmuruna təqdim edəcək. Tələbkar bu barədə icra məmuruna məlumattəqdim etmədikdə ödəniləcək vəsait icra xidmətinin depozit hesabınadaxil olduqdan sonra icra məmuru 3 iş günümüddətində tələbkarı bu barədə məlumatlandıracaq və həminvəsaitin tələbkarın müraciəti əsasında onun xeyrinə məxaricedilməsi üçün banka sərəncam verəcək. Vəsaitin nağdlaşdırılması iləbağlı xərclər tələbkar tərəfindən ödəniləcək.

İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələritəsdiq edən bank sənədləri icra məmuru tərəfindən icra icraatınaəlavə ediləcək.

Həmçinin İnzibati Xətalar Məcəlləsinə təklif ediləndəyişikliyə əsasən, icra sənədləri üzrə ödənilməliolan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icrahərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra məmurutərəfindən nağd qaydada qəbul edilməsinə, yaxud tələbkara və yaborcluya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin icraməmuru tərəfindən nağd qaydada həyata keçirilməsinə görəvəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdəcərimə ediləcək.

Məlumat üçün bildirək ki, qanun layihələri məhkəmə və digərorqanların qərarlarının icrası sahəsindəki aparılan ödənişlərinyalnız nağdsız qaydada həyata keçirilməsi məqsədilə hazırlanıb.

Seçilən
35
36
az.trend.az

10Mənbələr