AZ

Standartlaşdırma üzrə normativ sənədlərin yoxlanılmasının müddəti uzadılır

Bakı. Trend:

Milli standartlaşdırma qurumu, səlahiyyətinə standartlaşdırmaobyektləri daxil olan dövlət orqanları (qurumları) vəstandartlaşdırma üzrə texniki komitələr 5 ildən gecolmayaraq standartlaşdırma üzrə normativ sənədlərinyoxlanılmasını həyata keçirməlidirlər.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, sözügedən yoxlamalar həril keçirilir.

Bundan əlavə, qanuna əsasən, texniki şərtlər müvafiq sahədədövlət standartı və ya Azərbaycanda birbaşa tətbiq olunanbeynəlxalq, regional, dövlətlərarası və xarici dövlət standartlarıolmadığı təqdirdə və ya təsərrüfat subyekti tərəfindən müəyyənedilmiş yeni texniki həllərin istifadəsini təmin etmək məqsədilətəsərrüfat subyektləri tərəfindən işlənib hazırlanır. Texnikişərtlər qəbul edildiyi tarixdən 1 (bir) ay müddətində millistandartlaşdırma qurumuna göndərilir.

Təklif edilən dəyişikliyə əsasən, milli standartlaşdırma qurumutexniki şərt daxil olduğu gündən 15 iş günümüddətində onun bu qanunun və müvafiq sahədə mövcud olan texnikireqlamentlərin tələblərinə uyğun olmaması barədə rəyi təsərrüfatsubyektinə təqdim etmədikdə həmin texniki şərt təsərrüfat subyektitərəfindən istifadə edilə biləcək.

Mövcud qanunvericiliyə əsasən, sözügedən müddət 15 gündür.

Seçilən
31
2
az.trend.az

3Mənbələr