AZ

UKRAYNA  TÜRKİYƏYƏ  DAHA  ÇOX  GÜVƏNİR...

2 mart 2025-ci il  tarixində Avropa ölkələrinin liderləri Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı ilə Ukraynanadakı  vəziyyəti  müzakirə etmək üçün Londonda bir araya gəlməyə razılaşıblar.

Məlumatlara  görə  həmin  iclasda Türkiyəni Prezident Tayyub Ərdoğan adından  təmsil  etmək  üçün ;

xarici işlər naziri Hakan Fidan da  Londona gedib.

Avropa liderlərinin bu  görüşü prezident Tramp və Zelenski arasında 28  fevral 2025-ci il tarixində Vaşinqtonda  baş verən xoşagəlməz  insidentdən  sonra xüsusi əhəmiyyət kəsb edir.

London görüşü  zamanı Kiyevə dəstəklə  bağlı Avropa  liderlərinin  konkret qərarları  əsasında yol xəritəsinin və  fəaliyyət planının  qəbul  olunması  gözlənilir.

Üç ildir davam  edən müharibə Rusiya ilə Ukrayna arasında kəskin  ziddiyətlər və  dərin uçrum  yaradıb.

İndi  qısa bir müddətdə ortaq  məxrəcə gəlmək  və atəşkəsə nail olmaq real görünmür.

Lakin  Avropa  ölkələri  konkret  planla  Ukraynaya  dəstək versə  vəziyyəti dəyişmək və  Rusiyanı sıxışdırmaq  mümkündür.

Əgər sülhməramlılar mövzusu reallaşsa, burada ABŞ-ın mövqeyi aydındır. Tramp deyir ki, sülhməramlılar ancaq Avropadan olmalıdır. 

Belə olan halda  məlumdur ki : 

1. Avropanın quru qoşunlar baxımından ən güclü ölkəsi Türkiyədir. 

2. Türkiyənin Krımla  bağlı  Ukrayna ilə tarixi  bağları və Krım  türkləri məsələsi  var ;

3. Türkiyə Qara dənizə nəzarət edən ölkələrdən  biridir.

Müharibə dövründə Türkiyə  konkret   real işlər görüb : 

-“Azov” batalyonun komandirlərinin  əsirlikdən azad olunması  prosesində iki  dövlət  arasında [ Ukrayna və Rusiya ] vasitəçilik  edib. 

- Ukrayna  taxlının  dünya  ölkələrinə  ixrac olunmsı üçün "Taxıl dəhlizi" yaradıb və onun təhlükəsizliyini təmin edib. 

Bütün  bunlardan əlavə  Türkiyə  Preidenti - Rəcəb  Təyyub  Ərdoğan birmənalı olaraq bildirib ki, biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. 

Bütün bu reallıqlar  deməyə  əsas  verir ki : Ukrayna ən çox  Türkiyəyə güvənir.

Qəvami  SADIQBƏYLİ

Seçilən
25
hurriyyet.az

1Mənbələr