AZ

Ölkədə ödənişli vahid elektron informasiya sisteminin hüquqi bazası yaradılır

Azərbaycanda ödənişli vahid elektron informasiya sisteminin hüquqi bazası yaradılır

Ölçmə metodikalarının (metodlarının) attestasiyasının nəticələri attestasiya haqqında şəhadətnamə ilə təsdiq ediləcək. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamənin yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

Operativ Media xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Təklif olunan dəyişikliyə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamə hüquq sahibinin istəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdim olunacaq.

Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamənin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.

Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə edilmək üçün nəzərdə tutulmuş ölçmə vasitələrinin yoxlanılmasının nəticəsinə əsasən ölçmə vasitələri istifadəyə yararsız sayılırsa, yoxlama nişanı və (və ya) yoxlama haqqında şəhadətnamə ləğv olunacaq və yararsızlıq haqqında bildiriş veriləcək və ya texniki sənədlərdə müvafiq qeydlər aparılacaq.

Seçilən
9
operativmedia.az

1Mənbələr