AZ

Bloomberg: Trampın bəzi köməkçiləri Zelenskinin istefasını tələb edir

ABŞ prezidenti Donald Trampın bəzi köməkçiləri hesab edir ki, Ukraynada nizamlanma ilə bağlı gələcək razılaşmaya Volodimir Zelenskinin istefası daxil edilməlidir...

Poliqon xəbər verir ki, Bloomberg bu barədə adı açıqlanmayan avropalı rəsmiyə istinadən yazıb.

Qeyd olunur ki, ABŞ administrasiyasının bəzi üzvləri Donald Tramp və Volodimir Zelenski arasında münaqişəyə baxmayaraq, Ukrayna ilə danışıqlardan imtina etməyə hazır deyillər.

Fox News iddia edib ki, Ər-Riyaddakı danışıqlardan sonra RusiyaABŞ nümayəndə heyətləri Ukrayna üçün üç mərhələli sülh planı hazırlayıblar. Guya bura atəşkəs, Ukraynada prezident seçkilərinin keçirilməsi, sonra isə sülh sazişinin imzalanması daxildir.

Ukrayna prezidenti mineral ehtiyatlar üzrə saziş imzalamaq üçün fevralın 28-də ABŞ-a səfər edib. Lakin iki ölkə prezidentlərinin görüşü ictimai mübahisəyə çevrilib və daha sonra Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı fərqli mövqelərə görə vaxtından əvvəl başa çatıb. Razılaşma imzalanmayıb və Ukrayna nümayəndə heyəti Vaşinqtonu tərk edib. Bunun fonunda ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırması ehtimalı müzakirə olunmağa başlayıb. The New York Times-ın yazdığına görə, Donald Tramp bu gün, martın 3-də rəsmi şəxslərlə görüşdə məsələ qaldıracaq.

Poliqon.info

Seçilən
33
poliqon.info

1Mənbələr