AZ

Bakı MKQK-nın ofisini bağlaya bilər – erməni deputat narahatlığını ifadə etdi – ÖZƏL

Azərbaycanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ofisinin bağlanması məsələsi müzakirə olunur.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində müxalifətçi "Şərəfim var" fraksiyasının deputatı Tiqran Abramyan sosial şəbəkələrdə məlumat yayıb.

Erməni deputatın sözlərinə görə, bu məsələ Bakıda saxlanılan erməni əsirlərlə bağlı keçirilən məhkəmə prosesləri fonunda aktuallaşıb. Ermənistan üçün əsas təhlükə isə həmin şəxslərlə əlaqənin BQXK vasitəsilə təmin olunmasıdır.

Abramyan hesab edir ki, Azərbaycanda fəaliyyətləri dayandırılmış beynəlxalq təşkilatlar, ictimai qurumlar və müstəqil media ilə bağlı daha əvvəl də oxşar addımlar atılıb. O iddia edir ki, əvvəlcə bu qurumlara qarşı təbliğat kampaniyası aparılır, informasiya hücumları təşkil olunur, daha sonra isə casusluq və ya digər ittihamlarla üzləşirlər.

Qeyd edək ki, 17 yanvardan etibarən Bakıda keçmiş Qarabağ rejiminin hərbi-siyasi rəhbərliyi və digər erməni əsirlərinin məhkəmə prosesləri davam edir. Məhkəmə qarşısına çıxarılanlar arasında keçmiş "prezidentlər" Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, eləcə də "müdafiə ordusunun" keçmiş komandanı Levon Mnatsakanyan, onun müavini olmuş David Manukyan, keçmiş "xarici işlər naziri" David Babayan və "Milli Məclisin" spikeri David İşxanyan var.

Bundan əlavə, keçmiş "dövlət naziri" və xeyriyyəçi Ruben Vardanyanın işi ayrıca icraata götürülüb. O öz işi ilə digərlərinin birləşdirilməsini istəsə də, məhkəmə 422 cildlik materialın 400 cildinin ayrılıqda araşdırılmasına qərar verib.

26 fevralda Vardanyan ailəsinin vəkili Cared Genser onun səhhətinin kəskin pisləşdiyini bildirib. Genserin sözlərinə görə, bu hal Vardanyanın bir həftəyə yaxın davam edən aclıq aksiyasından sonra baş verib. Vəkil beynəlxalq ictimaiyyəti onun hüquqlarının müdafiəsi üçün təcili tədbirlər görməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr