AZ

Ağdərə rayonunun Həsənriz kəndinə ilk köç karvanı yola salınıb

Ağdərə. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trendxəbər verir ki, Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi dəöz daimi sakinlərini qəbul etməyə hazırdır.

Həsənriz kəndinə ilk köç edənlər Respublikanın müxtəlifyerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalardamüvəqqəti məskunlaşmış ailələrdir.

İlk mərhələdə kəndə 25 ailə - 91 nəfər köçürülüb. Doğma yurdaqayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarınagörə Prezident İlham Əliyevə və Birinci vitse-prezident MehribanƏliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldanazad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər vəzabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarındankeçən şəhidlərimizə rəhmət diləyiblər. Qeyd edək ki, hazırdaQarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburiköçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasındaçalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrindəxidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamışsəhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetikamüəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insanyaşayır.

Seçilən
36
49
az.trend.az

10Mənbələr