AZ

Serbiyada etiraz nümayişləri davam edir

Serbiyanın Novi Sad şəhərində 1 noyabr 2024-cü ildə 15 nəfərin həyatını itirdiyi beton eyvanın çökməsinin ardından başlayan və 4 aydır davam edən tələbə nümayişləri ötən gün də Niş şəhərində davam edib.

"Cebheinfo.az" xəbər verir ki, ölkənin hər yerindən on minlərlə insan Nişdə “Tələbə fərmanı!” şüarı ilə toplaşaraq, qəzanın dördüncü ayında həyatını itirənlərin xatirəsini 15 dəqiqəlik sükutla yad edib və “korrupsiya”da ittiham etdikləri hökumətə etiraz ediblər.

“Fərman” adını verdikləri mətni oxuyan tələbələr tələblərinin tam təmin olunmadığını bildiriblər.  

Qəzadan sonra başlayan etirazlardan sonra Serbiyanın Baş naziri Milos Vuçeviç də yanvarın 28-də istefa verib.

Prezident Aleksandar Vuçiç tələbələrin tələblərinin yerinə yetirildiyini bəyan edərək, “Ölkənin müstəqil siyasətinə görə Serbiyada “rəngli inqilab”a cəhd edildiyini” müdafiə edir.

Seçilən
32
cebheinfo.az

1Mənbələr