AZ

Neymar yenə qol vurdu

Braziliyada Paulista Liqasının pley-off mərhələsinin 1/4 final matçı baş tutub.

Publika.az xəbər verir ki, ulduz futbolçu Neymarın çıxış etdiyi "Santos" "Braqantino"nu qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Santos"un qollarından birini Neymar vurub. O, 9-cu dəqiqədə cərimə zərbəsindən baxımlı qola imza atıb.

Bununla da 33 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində meydana çıxdığı 7 oyunda 3-cü qolunu vurub. Onun aktivində 3 məhsuldar ötürmə də var.

Seçilən
13
publika.az

1Mənbələr