AZ

Ukraynaya bir aylıq atəşkəs təklif edirlər

Avropanın təklif etdiyi sülh planı Ukraynada bir ay müddətinə məhdud atəşkəs rejimini nəzərdə tutur.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron Le Parisien nəşrinə müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, o, Böyük Britaniyanın baş naziri Keir Starmerlə birlikdə xarici sülhməramlılar kontingenti daxil edilmədən “havada, dənizdə və enerji infrastrukturunda” atəşkəs təklif edir.

Fransa prezidentinin sözlərinə görə, birinci mərhələ bir aylıq atəşkəs, ondan sonra sülhün təmin edilməsi üçün qoşunların yeridilməsi olacaq. O, bunun "təcili olaraq" baş verməyəcəyini və plan üzrə ilkin danışıqların bir neçə həftə davam edəcəyini vurğulayıb.

Qeyd olunur ki, bu məsələ Londonda keçirilən sammitdə ölkə liderləri tərəfindən müzakirə edilib. Onun nəticələrindən sonra Starmer Krallığın sülh sazişinin şərtlərinə əməl olunmasını təmin etmək üçün Ukraynaya kontingent göndərməyə hazır olduğunu açıqlayıb.

Xəbər 5 dəfə oxunub.
Seçilən
6
xezernews.az

1Mənbələr