AZ

Elm dünyasında inqilabi yenilik - Artıq bu, mümkün olacaq

ABŞ-da alimlər qida və içkilərin dadını rəqəmsal versiyaya çevirərək kimyəvi yolla təqlid edə bilən sistem hazırlayıblar. "e-Taste" adlanan bu yeni texnologiya virtual reallıqda dad hissini yaşatmağı mümkün edə bilər.

Yenisabah.az xəbər verir ki, Ohayo Dövlət Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış sistem beş əsas dadı təmsil edən kimyəvi maddələrdən istifadə edərək müxtəlif qida və içkilərin dadını rəqəmsal formada kodlaşdırır. Sensorlar vasitəsilə çevrilən bu dadlar dilin müəyyən hissələrinə ötürülərək hiss edilməsinə şərait yaradır.

Sistem 10 nəfərlik bir qrup üzərində sınaqdan keçirilib. İlk təcrübədə turş dadların təqlid edilməsi 70 faiz dəqiqliklə yerinə yetirilib. Daha mürəkkəb dadlar üzərində aparılan ikinci sınaqda isə limonad, tort, qızardılmış yumurta, qəhvə və balıq şorbası kimi qidaların 87 faiz dəqiqliklə təqlid olunduğu müəyyən edilib.

Alimlər bu texnologiyanın virtual reallıq sistemlərinə inteqrasiya edilə biləcəyini bildirirlər. "e-Taste" sisteminin biotibbi tədqiqatlardan onlayn alış-verişə, çəki nəzarətindən fiziki reabilitasiyaya qədər bir çox sahədə tətbiq oluna biləcəyi vurğulanır.

Bununla belə, texnologiyanın hələlik ədviyyatlı və yağlı dadları tam olaraq təqlid edə bilmədiyi, eyni zamanda, dad hissində mühüm rol oynayan qoxu faktorunu əhatə etmədiyi qeyd edilir. Alimlər bu istiqamətdə araşdırmaların davam etdiyini bildiriblər. Yenilikçi tədqiqatın nəticələri "Science Advances" jurnalında dərc olunub.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Seçilən
28
yenisabah.az

1Mənbələr