AZ

Serxio Ramos Meksikada ilk qolunu vurdu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Monterrey"in mərkəz müdafiəçisi Serxio Ramos Meksikada debüt qolunu vurub.
Oxu.Az xəbər verir ki, 38 yaşlı futbolçu "Santos Laquna" ilə keçirilən matçda fərqlənib.
İspaniyalı futbolçu 57-ci dəqiqədə hesabı 2:1 edib. Ulduz müdafiəçi final fitinə qədər oynayıb. Bu, Serxio Ramosun "Monterrey"də forma geyindiyi ikinci matç idi.
Xatırladaq ki, "Real Madrid"in sabiq kapitanı fevralın əvvəlində Meksika təmsilçisinin heyətinə qoşulub.
"Monterrey" - "Santos Laquna" matçı 4:2 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
Seçilən
126
44
oxu.az

10Mənbələr