AZ

Azərbaycanda iqtisadi inkişaf peşə təhsilli mütəxəssislərə ehtiyacı artırır - Deputat

Bakı. Trend:

Azərbaycan iqtisadiyyatı inkişaf edir və əlbəttə ki, iqtisadiinkişaf yeni ixtisaslara, xüsusilə də peşə təhsilli mütəxəssislərəehtiyacı artırır.

Trend xəbərverir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Afət Həsənovadeyib.

Deputat vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə aparılanbərpa və quruculuq işləri peşə təhsilli mütəxəssislərə tələbatıdaha da artırır.

“Həmçinin, bu gün iqtisadiyyatın müxtəlif sahələrində, ocümlədən, xidmət, ictimai iaşə, turizm sahəsində də peşə təhsillimütəxəsislərə tələbat böyükdür. Bu baxımdan, “Təhsil haqqında” və“Peşə təhsili haqqında” qanunlarında dəyişiklik mühüm əhəmiyyətəmalikdir.

Təəssüf doğuran amillərdən biri də odur ki, valideynlər bu günövladlarının peşə təhsili almasına maraq göstərmirlər, istəyirlərki, övladları ali təhsil alsınlar. Hesab edirəm ki, bu istiqamətdəmaarifləndirmə işləri aparılmalıdır”.

Qeyd edək ki, qanuna edilən dəyişikliyə əsasən, işğaldan azadedilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027,2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşətəhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsilmüəssisələrində təhsil almaqda olan şəxslərin təhsilmüəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Qanuna dəyişiklik Milli Məclis tərəfindən birinci oxunuşda qəbuledilib.

Seçilən
16
1
az.trend.az

2Mənbələr