AZ

Yağış və ya qar sonrası sürücülərin bilməli olduqları vacib məqamlar AÇIQLANDI

Bakı. Trend:

Yağış və qar sonrası təkərlərin yollarda olan su gölməçəsinədüşməsi sürücülər üçün ciddi təhlükə yarada bilər.

Trend xəbərverir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyevməlumat verib.

O bildirib ki, bu hadisə, xüsusilə yüksək sürətlə hərəkət edənavtomobillərdə "aquaplaninq" (su üzərində sürüşmək) adlanantəhlükəli vəziyyətə səbəb ola bilər.

"Aquaplaninq zamanı təkərlər yol səthi ilə təmasını itirir vəavtomobil sanki suyun üzərində üzməyə başlayır. Nəticədə sürücüidarəetməni tam itirir.

Aquaplaninq necə baş verir?
Aquaplaninq - təkərlər altındakı suyu kənara ata bilmədikdəyaranır. Normal şəraitdə təkərin protektorları suyu kənarayönəldərək yol səthi ilə təması təmin edir ki, bu da sürücününlazım olan anda avtomobilin hərəkət istiqamətini dəyişməsinəyardımçı olur. Lakin:
Yolun su ilə örtülməsi,
Sürətin yüksək olması,
Təkərlərin aşınmış və ya havasının az olması kimi hallarda şinlərinsuyu kənarlaşdırması prosesi natamam icra edilir və nəticədəidarəetmə çətinləşir, bəzən isə tamamilə mümkünsüz olur.
Sürücülər nə etməlidir?
Aquaplaninqin qarşısını almaq və bu vəziyyətdə düzgün reaksiyavermək üçün aşağıdakı qaydalara əməl etmək vacibdir:

Sürəti hava şəraitinə uyğun tənzimləmək – Yağışlı havaşəraitində və yaş yollarda yüksək sürətlə hərəkət etdikdəavtomobilin sürüşmə riski artır.
Təkərlərin vəziyyətini mütəmadi yoxlamaq – Aşınmış təkərlər suyudüzgün şəkildə kənara ata bilmir. Təkərlərin protektor dərinliyi azolduqda, yol tutumu zəifləyir və avtomobilin sürüşmə ehtimalıartır.
Təkər təzyiqinə nəzarət etmək – Həddindən artıq aşağı və ya yüksəktəzyiqli təkərlər aquaplaninq riskini artırır.
Qəfil manevrlərdən və kəskin əyləcləmədən çəkinmək – Yaş yoldaqəfil sükanı çevirmək və ya əyləcə basmaq avtomobilin nəzarətdənçıxmasına səbəb ola bilər. Ələlxüsus da avtomobilin bir tərəfiqismən quru, digər tərəfi isə gölməçəyə düşdüyü məqamlarda.
Təkərlər yaxşı vəziyyətdə olsa belə, ehtiyatlı olmaq – Hətta yenitəkərlərlə də yüksək sürətlə su gölməçəsinə daxil olduqdaaquaplaninq riski var.
Təhlükəsiz sürüş üçün hər zaman hava və yol şəraitinə uyğun sürətseçmək və buna uyğun hərəkət etmək tövsiyə olunur",- deyə o əlavəedib.

Məqalədə:
Seçilən
54
7
az.trend.az

10Mənbələr