AZ

Ronaldu kumirlərinin adlarını dedi: "Oyunlarına baxa-baxa böyümüşəm"

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl- Nəsr"in portuqaliyalı superulduzu Kriştianu Ronaldu kumirlərinin adını açıqlayıb.

Fanat.Az "Give me Sport"a istinadən xəbər verir ki, 40 yaşlı hücumçu Braziliya millisinin sabiq üzvləri Ronaldo və Ronaldinyonu böyük futbolçular adlandırıb.

“Ronaldo və Ronaldinyo futbolda tarix yazıblar. Onlardan daha çox fərdi titul qazansam da, hər ikisi dünya çempionlarıdır. Onların oyunlarına baxa-baxa böyümüşəm və deyərdim ki, hər ikisi kumirimdir. Hansının daha yaxşı olmasının əhəmiyyəti yoxdur. Əsas odur ki, Ronaldo və Ronaldinyo futbol tarixində iz qoyublar”.

Seçilən
9
fanat.az

1Mənbələr