Mingəçevirdə 38 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.Hadisə bu gün baş verib. Rəsul Rza küçəsində yaşayan Gülnar Əlizadə qazdan boğularaq həyatını itirib.Oxşar hadisə Şamaxı rayonunda qeydə alınıb. Martın 2-nə keçən gecə Şamaxı şəhər sakini 1979-cu il təvəllüdlü Şəfəq Kərimova A.Məmmədağa küçəsindəki evdə dəm qazından zəhərlənərək ölüb.Daha bir qazdan boğulma hadisəsi isə Masallı şəhərində olub. 1956-cı il təvəllüdlü Firəngiz Yaqubova yaşadığı Heydər Əliyev prospektindəki evin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.Hər üç faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta