AZ

Vens Ukrayna lobbisini zəiflətmək üçün Kiyevlə müqavilə imzalanmasını pozub

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Vaşinqtonda Ukraynayönlü lobbini zəiflətmək üçün Kiyevlə nadir metallar sazişini pozmağa çalışıb.

“İki sahil” xəbər verir ki,  bu barədə “Politico” nəşri məlumat yayıb.

Qəzetin mənbəsinin sözlərinə görə, Vens resurs sövdələşməsini pozmaq niyyətində olub, çünki o, bu sazişin ABŞ prezidenti Donald Trampın administrasiyasında ukraynayönlü lobbisini necə gücləndirə biləcəyini yaxşı anlayır.

Nəşrdə qeyd edildiyi kimi, sövdələşmə Trampın siyasi qələbəsi üçün lazım idi.

Bundan əvvəl Zelenski ABŞ-la mineral ehtiyatlar üzrə saziş imzalamağa hələ də hazır olduğunu bildirib.

Seçilən
17
1
ikisahil.az

2Mənbələr