AZ

Macarıstan Ukraynaya təhlükəsizlik zəmanəti və yardım layihəsini bloklayıb

Macarıstan keçən cümə günü Avropa ittifaqı səfirlərinin görüşündə Ukraynaya təhlükəsizlik zəmanətləri və yeni hərbi yardım haqqında sənəd layihəsini bloklayıb....

 

Poliqon xəbər verir ki, bu barədə Politico məlumat yayıb.

Nəşrin məlumatına görə, Budapeşt respublika üçün Avropa İttifaqının verə biləcəyi mümkün təhlükəsizlik təminatlarına dair ifadələrin yer aldığı sənəd layihəsini rədd edib. Bundan əlavə, mətndə Ukraynaya yeni hərbi yardım paketindən bəhs olunub, Macarıstan da bunu rədd edib.

Bundan əvvəl məlum olub ki, İtaliya, Portuqaliya, İspaniya və Macarıstan Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya 20 milyard avroluq yardımın verilməsinə qarşı çıxıblar.

Baltikyanı ölkələr, eləcə də İsveç, Danimarka və Polşa Ukraynaya bu cür şərtlərlə yardım göstərilməsinin tərəfdarıdır. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib ki, Rusiya aktivlərindən istifadə Aİ-yə ABŞ-dan Ukraynaya hərbi yardımın dayandırılmasını kompensasiya etməyə imkan verəcək.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr