AZ

Mirşahinə ağır itki üz verib

Real TV-nin baş direktoru Mirşahin Ağayevə ağır itki üz verib. 

Gundem.az xəbər verir ki, Əməkdar jurnalistin atası Mirdilavər Ağayev 89 yaşında uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. 

Mirdilavər Ağayev bu gün yaşadığı Yardımlı rayonunun Perimbel kəndində dəfn ediləcək.

Mərhumun xatirəsini yad etmək üçün Bakıda da yas mərasimi təşkil ediləcək. Mərasimin vaxtı ilə bağlı əlavə məlumat veriləcək.

Allah rəhmət eləsin!

Seçilən
26
25
gundem.az

10Mənbələr