Siyəzən rayonu ərazisində "Mercedes" markalı yük avtomobilinin qoşqusunda olan 5 ədəd “Toyota" markalı minik avtomobili yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 95-ci kilometrliyində baş verib. Qoşqu dərhal sürücü tərəfindən avtomobildən ayrılıb. Hadisə zamanı avtomobillərlə yanaşı, qoşqunun yanar hissələri də yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb olunub. Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub.