Bakı. Trend:
KOB evlərində sahibkarlara göstərilən xidmətlərin əhatədairəsi genişlənir.
Martın 3-dən etibarən “Bakı KOB evi”ndə daha bir xidmətfəaliyyətə başlayıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinintabeliyində Dövlət Dəniz və Liman Agentliyi (DDLA) tərəfindəntəqdim edilən xüsusi hazırlıq şəhadətnamələrinin kurslarda iştiraketmədən yenilənməsi ilə bağlı müraciətlərin qəbulu artıq “Bakı KOBevi”ndə həyata keçiriləcək. Bu xidmətdən istifadə etmək istəyənlərDDLA-nın “Bakı KOB evi”ndə fəaliyyət göstərən xidmət pəncərəsinəmüraciət edə bilərlər.
Müvafiq xidmət, eləcə də KOB evlərində sahibkarlıq subyektlərinəgöstərilən digər xidmətlərlə bağlı məlumatı KOBİA-nın www.smb.gov.az saytından və ya 131Çağrı Mərkəzindən öyrənmək olar.
Qeyd edək ki, KOB evlərində 50-yə yaxın dövlət və özəl qurumtərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox“G2B” və “B2B” xidmətlər göstərilir.