AZ

Avropa Ukrayna üçün birləşir: Bu ölkələr Trampa siyahı təqdim edəcək

Britaniya və Fransa yaxın gələcəkdə Donald Trampa Ukraynada sülhməramlıların yerləşdirilməsində iştirak etməyə və təhlükəsizlik zəmanətlərini verməyə hazır olan “Avropa Plus” ölkələr qrupunun yaradılması təşəbbüsünü təqdim etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Londonda bir sıra Avropa dövlətlərinin liderlərinin Ukrayna münaqişəsi və Avropada kollektiv təhlükəsizlik məsələlərinə həsr olunmuş qeyri-rəsmi sammiti keçirilib. Böyük Britaniyanın baş naziri Kir Starmer Ukrayna sazişinin qorunmasında və sülhün təmin edilməsində maraqlı olan ölkələrin koalisiyasının yaradılması üçün hər cür səy göstəriləcəyini bildirib. O vurğulayıb ki, Ukrayna üçün təhlükəsizlik təminatları ABŞ-ın dəstəyinə əsaslanmalıdır.

“ABŞ-ın iki uzunmüddətli müttəfiqləri Britaniya və Fransa yaxın günlərdə Trampın dəstəyini qazanmaq üçün ona Aİ-yə daxil olmayan dövlətlərin, o cümlədən Kanadanın da daxil olduğu “Avropa Plus” qrupunu təqdim etmək niyyətindədir”, - agentliyin materialında deyilir.

Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat verib ki, Qərb ölkənin döyüş hazırlığını bərpa etmək üçün Ukraynada 100 min nəfərə yaxın sülhməramlı kontingenti yerləşdirməyi planlaşdırır.

Seçilən
6
publika.az

1Mənbələr