AZ

Martın 2-dəki buraxılış imtahanının cavabları açıqlandı

Martın 2-də keçirilmiş buraxılış imtahanında istifadə olunan test tapşırıqlarının izahı və düzgün cavabları açıqlanıb. 

Bu barədə “Cebheinfo.az”a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. “İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını, eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftə ərzində elan olunması nəzərdə tutulur” - məlumatda bildirilib.

Seçilən
8
cebheinfo.az

1Mənbələr