Ukrayna prezidenti Vladimir Zelenski Londonda Böyük Britaniyanın ev sahibliyi etdiyi Ukrayna üzrə liderlər sammitində iştirak edib.
News24.az xəbər verir ki, Zelenski Ukraynaya qayıtmazdan əvvəl Stansted hava limanında jurnalistlərlə görüşüb.
Bəzi ABŞ siyasətçilərinin istefaya çağırışları ilə bağlı suala Zelenski Ukraynanın NATO üzvlüyünə qəbul ediləcəyi təqdirdə istefa verəcəyini bildirib.
“Məni NATO üzvlüyü ilə mübadilə etmək olar. NATO üzvlüyü üçün alver edəcəyimi dedim, o zaman vəzifəmi yerinə yetirdim. NATO-ya üzvlük o deməkdir ki, mən öz vəzifəmi yerinə yetirmişəm”, - deyə o bildirib.
Aynurə