AZ

“Güclü Ukrayna ordusu təhlükəsizliyin ən yaxşı təminatıdır” - Zelenski

Ukrayna güclü Ukrayna ordusunu təhlükəsizliyinin ən yaxşı təminatı hesab edir.

Herbiand.az BBC-yə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Prezidentin sözlərinə görə, avropalı müttəfiqlərin Rusiyanın təcavüzkar ölkə rolunu yenidən nəzərdən keçirməməsi vacibdir. O, ölkənin yenidən qurulmasına kömək etmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə məsələsini yenə gündəmə gətirib.

Jurnalist Zelenskidən Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmerin “havada və dənizdə” atəşkəs elan etmək planından xəbəri olub-olmadığını soruşub. Ukrayna lideri belə cavab verib: “Mən hər şeyi bilirəm”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
12
herbiand.az

1Mənbələr