AZ

Alman avtomobil nəhəngi 76 illik fabrikini bağladı

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen Group”a aid olan “Audi” markası Brüsseldəki 76 illik fabrikini bağladığını açıqlayıb.

Publika.az xəbər verir ki, “Audi” ötən ilin iyul ayında lüks seqmentli elektrik avtomobil modeli “Q8”in istehsal edildiyi və təxminən 3000 nəfərin işlədiyi Brüsseldəki fabrikini tələbatın azalması səbəbindən yenidən quracağı barədə məlumat paylaşıb. Bu modellərin istehsalının Meksikada davam edəcəyi açıqlanmışdı.

“Audi” rəsmiləri 2024-cü ilin sentyabr ayının əvvəlində “Volkswagen”nin Brüssel fabrikində istehsal üçün heç bir model ayırmadığını açıqlayıb. Bu vəziyyət fabrik işçilərini və həmkarlar ittifaqını narahat edib. Brüssel fabriki üçün yeni investor axtarışı başlayıb, lakin proses zamanı 20-dən çox investorla baş tutan görüşə baxmayaraq, uyğun alıcı tapılmayıb.

Şirkət rəhbərliyi ilə işçilər arasında aparılan danışıqlar nəticəsində qərara alınıb ki, “Audi” şirkətinin Brüsseldəki fabrikinin işçilərinə qanunla müəyyən edilmiş işdən çıxma müavinəti ilə yanaşı iş stajına görə mükafatlar da verilsin.

Seçilən
34
publika.az

1Mənbələr