AZ

Bakıda yeniyetməni öldürən həmyaşıdı məhkəmədə hadisə günündən danışdı

Bakı. Trend:

Bakının Sabunçu rayonunda həmyaşıdını qətlə yetirməkdə ittihamolunan 17 yaşlı Yasin Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesikeçirilib.

Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim LeylaƏsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlətittihamçısı ittiham aktını elan edib.

İttihama görə, hadisə ötən il oktyabrın 2-də saat 14:00radələrində paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, 2008-ci il təvəllüdlü Yasin Mirzəyev həmyaşıdı HəsənQurbanovu kəsici alətlə qətlə yetirib.

Dövlət ittihamçısı bildirib ki, qətlə yetirilən Həsən Qurbanovməktəblidir və hadisə də oxuduqları orta məktəbin yaxınlığındakıqəbiristanlıq ərazisində baş verib.

Təqsirləndirilən Yasin Mirzəyev özünü cinayət işi üzrə təqsirlibilib.

Daha sonra təqsirləndirilən Yasin Mirzəyev ifadə verib.

O bildirib ki, onun dostu Əlirza ilə Həsənin arasında "WhatsApp"qrupunda mübahisələri düşüb:

“Mübahisə baş verən günün səhəri məktəbin çıxışına mübahisənihəll etməyə çalışdıq. Yanlarında 5-6 nəfər var idi. Salamlaşdıq.Dedim ki, aramızda nə olub? Həsən cavab vermədi və qəbiristanlıqtərəfdə söhbət etməyi təklif etdi. Orada mübahisə yarandı. Əlirzavə Həsən arasında dava düşdü. Orada Həsən söyüş söydü. Mən bıçaqçıxaraq onu ayağında vurdum. Bıçaq əlimdən düşdü. Qan görmədim.Bıçağı götürüb ikinci zərbəni vurandan sonra uşaqlar qaçdı. MənimləHəsən qaldı. Mən bıçağı belimə qoyaraq qaçmaq istədim. Ammaqaçmadım. Əvvəlcə nə edəcəyimi bilmədim. Sonra ətrafdakılardankömək istədim”.

Təqsirləndirilən şəxs bildirib ki, Əlirza ilə Həsən əvvəlkigünlərdə də mübahisə edib: "Biz də onların yanında olmuşduq. Onlararasında mübahisəyə aydınlıq gətirmək olub. Mənim məqsədim davaetmək yox, onlar arasında olan problemi həll etmək olub. Üzərimdəbıçaq həmişə olub. Normalda bıçağı üzərimdə gəzdirməkdə məqsədimolmayıb, amma həmin gün söhbətə görə bıçağı götürmüşdüm. Birincimübahisəni Həsən edib. Həsən Əlirzanı vururdu. O isə Həsəni vurabilmirdi. Çünki zəif uşaq idi".

Təqsirləndirilən şəxs zərərçəkən şəxsin ailəsindən üzr istəsədə, ailə bunu qəbul etməyib və ona ən ağır cəzaının verilməsiniistəyib.

Məhkəmənin növbəti iclası 14 aprelə təyin olunub.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 126.3-cü (qəsdənsağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsinölümünə səbəb olduqda) maddəsilə ittiham elan edilib.

Məqalədə:
Seçilən
47
6
az.trend.az

10Mənbələr