Bakı. Trend:
Yasamal rayonu ərazisində bir qadına məxsus “Hyundai” markalıavtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi məlumat yayıb.
Bildirilib ki, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarınınkeçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəlibilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı V.Cəfərovsaxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin qaçırdığı avtomobilləqəza törətməsi də müəyyən olunub.
Araşdırma aparılır.