AZ

Netanyahudan Trampa: "Bu silahlar İran oxuna qarşı işi bitirəcək"

Yazını böyüt
Yazını kiçilt

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa Co Bayden administrasiyasının tədarükünü dondurduğu İsrailə hərbi yardımı göndərdiyinə görə təşəkkür edib. Netanyahu vurğulayıb ki, bu yardım onlara İran və müttəfiqlərinə qarşı “işi bitirməyə” kömək edəcək.

Hafta.az-ın yazdığına görə, videomesaj yayımlayan və Trampın Ağ Evdə İsrailin “ən böyük dostu” olduğunu söyləyən Netanyahu ötən ay ABŞ dövlət katibi Marko Rubio ilə birgə mətbuat konfransında oxşar şərhlər vermiş və Tehranın təhdidlərinə qarşı Vaşinqtonun dəstəyi ilə “işi bitirəcəklərini” vurğulamışdı. İsrailin baş naziri o zaman deyib ki, İsrail 2023-cü il oktyabrın 7-də Qəzza zolağında HƏMAS-a qarşı müharibədən sonra “İran oxuna güclü zərbə vurub”.

İsrail Tehranın “Həmas” hərəkatı, Livan “Hizbullah”ı və Yəməndəki husilər kimi regional müttəfiqlərinə ağır zərbələr endirib, İsrailə qarşı raket hücumlarına cavab olaraq İranın bəzi bölgələrini bombalayıb.

ABŞ dövlət katibi Rubio İsrailə təxminən 4 milyard dollarlıq hərbi yardımın çatdırılmasını təsdiqlədiyini açıqlayıb. Keçmiş prezident Co Baydenin tətbiq etdiyi qismən silah embarqosunun ləğv edildiyini xatırladan Rubio, "İsrailə təxminən 4 milyard dollarlıq hərbi yardımın çatdırılmasını sürətləndirmək üçün bəyannamə imzaladım" deyib.

Tramp administrasiyası fevralın əvvəlində İsrailə ümumilikdə 7,4 milyard dollarlıq bomba, sursat və raket satışına icazə verib. Bir neçə gün sonra İsrail Müdafiə Nazirliyi ABŞ-ın verdiyi ağır silahların ilk partiyasını elan edib.

Seçilən
50
1
hafta.az

2Mənbələr