AZ

Azərbaycanda sükanı sağda olan nəqliyyat vasitələrinin istismarına icazə verilir? - AÇIQLAMA

“Sükanı sağda olan nəqliyyat vasitələrinin ölkə ərazisində istifadəsi və ya istismarı qadağandır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

 

Ekspert qadağanın başlıca səbəbini belə izah edib: “Sükanı sağda olan avtomobillərə qadağa qoyulmasının əsas səbəbi 1998-ci ildə Azərbaycanda "Yol hərəkəti haqqında" qanunun qəbul edilməsi, ölkəmizin beynəlxalq konvensiyalara qoşulmasıdır.  Azərbaycan ərazisində yol hərəkəti nişanları sükanı solda olan nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Yəni qanunda belə yazılıb. Hərəkət iştirakçıları mövcud qanunun bu müddəasına tabe olmalıdırlar. "Yol hərəkəti haqqında" qanunun digər müddəalara görə, sükanı sağda olan nəqliyyat vasitələri dairələrə daxil olan zaman digər hərəkət iştirakçılarının hərəkətinə maneə ola, müəyyən anlaşılmazlıqlar yarana bilər. Buna görə də Azərbaycanda sükanı sağda olan nəqliyyat vasitələrinin istismarına icazə verilmir”.

 

Aytəkin Qardaşova

Tarix: 3 Mart 2025, 12:34   
Seçilən
74
1
pravda.az

2Mənbələr