ABŞ-ın "İnter Mayami" klubu MLS-in cari mövsümündə ilk qələbəsini qazanıb.
Offsideplus.az xəbər verir ki, sözügedən komanda səfərdə "Hyuston Dynamo"nu darmadağın edib - 4:1.
Baş məşqçi Xavyer Maskerano bu görüşdə ulduz futbolçu Lionel Messiyə istirahət verib. Qrafikin sıxlığını, qarşıda 10 günə 4 oyunun olduğunu nəzərə alan çalışdırıcı dünya çempionunu səfərə aparmağa lüzum görməyib.
"İnter Mayami" 2 turdan sonra 4 xalla MLS-in Şərq zonasında 3-cü pillədə qərarlaşıb.