AZ

Məddah və yaltaq öz mənafeyini, elmli, imanlı insan isə millətin və dövlətin rifahını düşünür- ÖZƏL

"Dünyanın harasında olursan ol, olduğun yerdə deyil, düşündüyün yerdəsən. Həyat bir cümlədir, nə qədər uzatsan da nöqtəsi qoyulur. Yaxşı əməllərə nöqtə yox,  vergül qoymaq lazımdır ki, davamlı olsun. Vaxtılə insanlar gedib mədrəsələrdə, bəzən ibtidaidən aşağı məktəblərdə təhsil alıb, daha yaxşı elm sahibi olurdular. Çox möhtəşəm, elmli, imanlı şəxsiyyətlər yetişirdi. 
 Həmin şəxsiyyətlər bu gün də, sabahda  bizim yolumuza işıq salan mənəvi sərvət bəxş edib dünyadan köçüblər". Olaylar" xəbər verir ki, bunu ekspert Əkrəm Bəydəmirli deyib: "Deməli, o mədrəsələr zamanının güclü universiteti olub. İndi gedib univerisitet təhsili alırlar, dünyanı gəzirlər, bu qədər modern texnologiyalar,  yeni imkanlar nəticədə baxırsan cahillikdən qurtula bilməyiblər. Xarici avtomobil, bahalı telefonlar, lotu-potuluq inkişaf deyil.
 Cahillik cəmiyyətin normal inkişafına, insanların bir çox hallarda rahat yaşam tərzinə əngəl olan və digər neqativ hallara yol açan xəstəlikdir.  Məncə cahilliyin peyvəndi  yaxşı təhsildən, məsuliyyətli davranışdan, məddaha, yaltağa deyil, imanlı, dürüst, elmli insanlara həqiqi dəyər verilməsindən başlamalıdır. Məddah və yaltaq yalnız öz mənafeyini düşünür. Elmli, imanlı, dürst insan isə millətin, cəmiyyətin, dövlətin rifahı haqqında fikirləşir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr