AZ

Bakıda məktəbli qəbiristanlıqda niyə qətlə yetirilib?

Bakının Sabunçu rayonunda həmyaşıdını qətlə yetirməkdə ittiham olunan 2008-ci il təvəllüdlü Yasin Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf-am istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Səmədov ittiham aktını elan edib.

İttihama görə, ötən ilin oktyabrın 2-də saat 14 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 2008-ci il təvəllüdlü Həsən Qurbanovu kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Qətlə yetirilən Həsən Qurbanov 71 saylı orta məktəbin şagirdidir. Hadisə məktəbin yaxınlığındakı qəbiristanlıqda baş verib.

Yasin Mirzəyev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham elan edilib.

Məhkəmədə təqsirli bilinən Yasin Mirzəyev özünü təqsirli bilib. O bildirib ki, onun dostu Əlirza ilə Həsənin arasında mübahisələr olub və səhəri gün məktəbin çıxışına çağırıblar: "Yanlarında 5-6 nəfər var idi. Salamladıq, danışdıq. Soruşdum aramızda nə olub? Həsən cavab vermədi və qəbiristanlıq tərəfdə söhbət etməyi təklif etdilər. Orada mübahisə yarandı. Dostum Əlirza ilə Həsən arasında dava oldu. Orada Həsənin ağzından söyüş çıxdı. Mən bıçaq çıxardım, onu vurdum. İkinci zərbəni vurandan sonra uşaqlar qaçdı. Mənimlə Həsən qaldı. Mən bıçağı belimə qoyaraq qaçmaq istədim. Amma qaçmadım".

Seçilən
37
18
publika.az

10Mənbələr