Rodrinin son vəziyyəti ilə bağlı məlumat yayılıb.
"Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nin oyunçusu artıq zədəsini bərpa edib. O, fərdi planda məşqlərə başlayıb. Amma İspaniyalı yarımmüdafiəçinin ümumi qrupa nə vaxt qoşulacağı haqda məlumat verilmir.
Rodri ötən ilin sentyabrında dizinin xaçvari bağlarından ağır xəsarət alandan sonra əməliyyat olunub. “Qızıl top”un son qalibi bu mövsüm İngiltərə çempionatında 2 matçda meydana çıxıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta