London Sammitindən sonra Zelenski Böyük Britaniya kralı III Çarlz ilə görüşüb.
Herbiand.az xəbər verir ki, jurnalistlərin diqqəti yenidən onun geyiminə yönəlib: Ukrayna prezidenti ABŞ-a səfəri zamanı olduğu kimi, kostyum geyinməyib.
Həm Oval kabinet mübahisəsindən əvvəl, həm də sonra bu, həm Donald Trampın özünün, həm də bəzi jurnalistlərin diqqətini çəkib və bunu “Oval kabinetə hörmətsizlik” kimi xarakterizə edib.
Müşahidəçilər görüşdən dərhal sonra qeyd ediblər ki, görünür, Kral III Çarlz bununla bağlı heç bir problem görmür.