AZ

Amorim oyunçusunu milliyə layiq görür

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim müdafiəçi Harri Maquayrın İngiltərə yığmasına mümkün dəvəti haqda danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis oyunçusunun yığmaya layiq olduğunu bildirib:

“Maquayr millidə oynamağa layiqdir, lakin qərarı baş məşqçi Tomas Tuxel verəcək. O, indiki məqamda yaxşı oynayıb və özünü həqiq lider kimi göstərir. Ümid edirəm ki, millinin toplanışında yer alacaq”.

İngiltərə yığması martın 21-də DÇ-2026-nın seçmə mərhələsində Albaniya ilə qarşılaşacaq.

Seçilən
23
futbolpress.az

1Mənbələr