Qadın həndbolçuların Azərbaycan çempionatında bir oyun keçirilib.
İdman.biz xəbər verir ki, I-IV yerlər uğrunda yarışan "Kür" və "Azəryol" üz-üzə gəliblər.
Qarşılaşma Mingəçevirdəki "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunub. Gərgin keçən görüş qonaqların qələbəsi ilə başa çatıb. İlk yarıda 15:12 hesabı ilə önə keçən “Azəryol” sonda iki top fərqi ilə qalib gəlib – 27:25.
İdman.biz