AZ

Makron və Starmer Ukraynada bir aylıq atəşkəs təklif edirlər


Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna və Rusiya arasında ilkin olaraq hava və dəniz hücumlarının və enerji obyektlərinə zərbələrin dayandırılmasını nəzərdə tutan bir aylıq atəşkəs təklif ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə martın 2-də Londonda Ukrayna və Avropa təhlükəsizliyinə dair sammit başa çatdıqdan sonra Makron “Le Figaro” qəzetinə müsahibəsində deyib.
O, Starmerlə bu təşəbbüsü sammit iştirakçılarına təqdim ediklərini bildirib.
Emmanuel Makronun sözlərinə görə, müvəqqəti atəşkəs ilk mərhələ olmalıdır və bu müddət ərzində danışıqlar davam etdirilməlidir.
Makron bildirib ki, Avropa sülhməramlı qüvvələrinin Ukraynada yerləşdirilməsi yalnız yekun razılıq əldə edildikdən sonra mümkün olacaq.
Qeyd edək ki, Avropa liderləri martın 2-də Londonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ukraynanı müzakirə ediblər. Sammitdə Kanadanın baş naziri, Türkiyənin xarici işlər naziri, Avropa İttifaqı və NATO liderləri iştirak ediblər.
Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynaya hərbi yardımı davam etdirməyə və müharibə davam edərkən Rusiyaya iqtisadi təzyiqi artırmağa razılaşdıqlarını bildirib.
Onun sözlərinə görə, sammit iştirakçılarının mövqeyi ondan ibarətdir ki, Ukrayna danışıqlar masası arxasında olmalı və istənilən davamlı sülh Ukraynanın suverenliyini və təhlükəsizliyini təmin etməlidir.
Sülh razılaşması olacağı təqdirdə, Avropa liderlərinin məqsədi gələcəkdə Rusiyanın Ukraynaya müdaxiləsinin qarşısını almaq olacaq. Ukraynanı qorumaq və sülhü təmin etmək istəyən ölkələr koalisiya yaradacaq.
Seçilən
32
yeniavaz.com

1Mənbələr