Fevralda Türkiyədə inflyasiya azalıb.
Fevralda Türkiyədə inflyasiya 39,05%-ə qədər azalıb.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin statistika qurumu TÜİK-in hesabatında deyilir.
Məlumatda qeyd olunub ki, bu göstərici 2023-cü ilin iyun ayından bəri ən kiçik artım hesab olunur.
Bildirilib ki, yanvarda inflyasiya 42,12% təşkil edib.